Ağsu RİH başçısı 06 noyabr 2024-cü il tarixdə Kalva kəndində səyyar qəbul keçirib
Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov hüquq-mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə 06 noyabr 2024-cü il tarixdə Kalva kəndində səyyar qəbul keçirib.
Səyyar qəbulda vətəndaşlar tərəfindən avtomobil yolunda suötürücünün quraşdırılması, içməli su, elektrik, təbii qaz ilə təchizatının yaxşılaşdırılması, fərdi yaşayış evi tikintisi məqsədi ilə torpaq sahəsinin ayrılması, istifadəsiz qalmış, təhlükəli vəziyyətdə olan köhnə məktəb binasının sökülməsi, bir sıra sakinlərin ünvanlı dövlət sosial yardımının təyini, eləcə də işlə təminat ilə bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.
Vətəndaşların müraciətlərinin bir qismi yerində həll olunub, bəzilərinin həlli nəzarətə götürülüb və onların icrası ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.