Ağsu RİH başçısı 05.08.2025-ci il tarixdə Xəlilli və Ərəbmehdibəy kəndlərində səyyar qəbullar keçirib
Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov 05.08.2025-ci il tarixdə hüquq-mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Xəlilli və Ərəbmehdibəy kəndlərində səyyar qəbullar keçirib.
Səyyar qəbullarda vətəndaşlar tərəfindən kəndlərdə elektrik təchizatının yaxşılaşdırılması, Ərəbmehdibəy kənd tam orta məktəbinin binasının əsaslı təmiri və kəndin ərazisindən keçən yeni su kanalının üzərinə beton körpü quraşdırılması, Xəlilli kəndində tibb məntəqəsinin tikintisi, suvarma arxlarının lildən təmizlənməsi, işlə təminat, ünvanlı dövlət sosial yardımın verilməsi ilə bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.
Vətəndaşların müraciətlərinin əksəriyyəti yerində həll olunub, bəzilərinin həlli nəzarətə götürülüb və onların icrası ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.







