Ağsu RİH başçısı 05.03.2026-cı il tarixdə Qaraqoyunlu kəndində səyyar qəbul keçirib
Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov hüquq-mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə 05.03.2026-cı il tarixdə Qaraqoyunlu kəndində səyyar qəbul keçirib.
Səyyar qəbulda vətəndaşlar tərəfindən içməli və suvarma suyu, elektrik enerjisi ilə təchizatın yaxşılaşdırılması, suvarma arxlarının lildən təmizlənməsi, öznüməşğulluq proqranı çərçivəsində mal-qara verilməsi, işlə təminat ilə bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.
Vətəndaşların müraciətlərinin əksəriyyəti yerində həll olunub, bəzilərinin həlli nəzarətə götürülüb və onların icrası ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.







