Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu RİH başçısı 05 fevral 2025-ci il tarixdə Qəşəd kəndində səyyar qəbul keçirib

06 fevral 2025 | 14:40

     Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov hüquq-mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə 05 fevral 2025-ci il tarixdə Qəşəd kəndində səyyar qəbul keçirib.
     Səyyar qəbulda vətəndaşlar tərəfindən Ağsu-Çaparlı-Bağırlı avtomobil yolunun, eləcə də Qəşəd kəndinin giriş avtomobil yolunun asfaltlaşdırılması, kənddaxili yolun cari təmiri, suvarma suyu və təbii qaz təchizatının yaxşılaşdırılması, ünvanlı dövlət sosial yardımı təyini, işlə təminat ilə bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.
     Vətəndaşların müraciətlərinin əksəriyyəti yerində həll olunub, bəzilərinin həlli nəzarətə götürülüb və onların icrası ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.

Keçidlər