Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu RİH başçısı 04 dekabr 2024-cü il tarixdə Məlikçobanlı kənd sakinləri üçün səyyar qəbul keçirib

06 dekabr 2024 | 11:46

      Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov hüquq-mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə 04 dekabr 2024-cü il tarixdə Məlikçobanlı kənd sakinləri üçün səyyar qəbul keçirib.
     Səyyar qəbulda vətəndaşlar tərəfindən kənddaxili avtomobil yolunun təmiri, elektrik, təbii qaz ilə təchizatının yaxşılaşdırılması, suvarma arxının lildən təmizlənməsi, bir sıra sakinlərə maddi yardım təyini, eləcə də işlə təminat ilə bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.
      Vətəndaşların müraciətlərinin əksəriyyəti yerində həll olunub, bəzilərinin həlli nəzarətə götürülüb və onların icrası ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.

Keçidlər