Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu RİH başçısı 03 aprel 2024-cü il tarixdə Təklə və Axundlu kənd sakinləri üçün səyyar qəbullar keçirib

04 aprel 2024 | 13:40

      Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov millət vəkili Tahir Kərimlinin, həmçinin hüquq-mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə 03 aprel 2024-cü il tarixdə Təklə və Axundlu kənd sakinləri üçün səyyar qəbullar keçirib.
      Səyyar qəbullarda vətəndaşlar tərəfindən Təklə kəndinin daxili avtomobil yollarının təmiri, tibb məntəqəsi üçün yeni binanın tikilməsi, içməli və suvarma suyu, internet xidməti, təbii qaz ilə təchizatın yaxşılaşdırılması, bir sıra sakinlərin işlə və ya özünüməşğulluq proqramı çərçivəsində mal-qara ilə təminatı, ünvanlı dövlət sosial yardımı, maddi köməklik olunması, əkin sahələrinin ziyanvericilərdən zərərsizləşdirilməsi ilə bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.
     Vətəndaşların müraciətlərinin bir qismi yerində həll olunub, bəzilərinin həlli nəzarətə götürülüb və onların icrası ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.

Keçidlər