Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu RİH başçısı 02 aprel 2025-ci il tarixdə Kalağaylı kəndində səyyar qəbul keçirib

03 aprel 2025 | 15:03

     Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov hüquq-mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə 02 aprel 2025-ci il tarixdə Kalağaylı kəndində səyyar qəbul keçirib.
     Səyyar qəbulda vətəndaşlar tərəfindən kənddə tibb məntəqəsi üçün binanın tikintisi, Padar kəndinə gedən giriş avtomobil yolunun asfaltlaşdırılması, Kalağaylı və Gursulu kəndləri arasındakı avtomobil yolunun qum-çınqıl materialları ilə üzlənməsi, kəndin elektrik təchizatının yaxşılaşdırılması, əkin sahəsinə gedən suvarma arxının lildən təmizlənməsi, örüş sahəsinə yığılmış suyun ərazidən çıxarılması, işlə təminatla bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.
     Vətəndaşların müraciətlərinin bir qismi yerində həll olunub, bəzilərinin həlli nəzarətə götürülüb və onların icrası ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.

Keçidlər