Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu Regional Miqrasiya İdarəsi Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı tədbir təşkil edib

17 mart 2023 | 17:19

     16 mart 2023-cü il tarixdə YAP Ağsu rayon təşkilatının inzibati binasında Ağsu Regional Miqrasiya İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar “Ümummilli Lider Heydər Əliyevin uğurlu siyasətinin nəticəsi – miqrasiya kontekstində” mövzusunda yığıncaq keçirilib. Tədbirdə Ağsu Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, rayonun idarə, təşkilat və müəssisələrinin, icra nümayəndəliklərinin və bələdiyyələrin məsul işçiləri iştirak edib.

     Yığıncaqda 2023-cü ilin "Heydər Əliyev İli" elan olunmasının əhəmiyyətinə toxunulmuş, Ümummilli liderin dövlət müstəqilliyinin ilk illərindən ölkənin bütün sahələrində, o cümlədən miqrasiya proseslərinin tənzimlənməsi istiqamətində də çox mühüm tədbirlər həyata keçirilməsindən danışılmışdır. Ulu öndərin miqrasiya sahəsinə diqqət göstərməsi ölkədə bu proseslərin respublikamızın tərəqqisi naminə istiqamətləndirilməsinə şərait yaratdığı xüsusi vurğulanmışdır. Həmçinin, tədbirdə Dövlət Miqrasiya Xidmətinin yaradılması tarixi, inkişaf mərhələləri, fəaliyyət  istiqamətləri həmçinin son dövrlərdə miqrasiya sahəsində əldə edilən nailiyyətlər göstərilən xidmətlərin tam şəffaflaşdırılması və vətəndaş məmnunluğunun təmin olunması məqsədilə və həyata keçirilən tədbirlər barədə geniş məlumatlar verilmişdir.

Keçidlər