Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu rayoununda Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı Xocalı ailələri ilə görüş keçirilib

25 fevral 2023 | 15:55

     Fevralın 25-də rayon rəhbərliyi, Xocalı ailələri və Vətən müharibəsi şəhidlərinin ailələri, rayon ağsaqqallarının iştirakı ilə Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı görüş keçirilib.

     Tədbir iştirakçıları əvvəlcə Ağsu şəhərindəki Qəhrəmanlar Kompleksini ziyarət edərək  Xocalı qurbanlarının və Vətənimizin ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsini anıblar, abidə önünə gül dəstələri düzüblər. Sonra tədbir Veteranlar klubunda təşkil olunmuş çay süfrəsi arxasında davam etdirilib.

     Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov çıxış edərək, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələrinin Xocalıya hücumu zamanı yüzlərlə günahsız insanın, o cümlədən uşaqların, qocaların, qadınların qətlə yetirildiyini, əsir götürüldüyünü və əsirlərə görünməmiş işgəncələrin verildiyini diqqətə çatdıraraq, bu faciənin Azərbaycan tarixinin qanlı səhifələrindən olduğunu vurğulayıb. Törədilən soyqırımının əsl mahiyyətinin ümummilli liderimiz Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra açıldığı, Azərbaycan Respublikasının Milli Məclisinin Xocalı soyqırımına hüquqi-siyasi qiymət verdiyi diqqətə çatdırılıb.

     Digər çıxış edənlər insanlığa qarşı ən qəddar və amansız kütləvi terror hadisələrindən olan Xocalı faciəsinin erməni millətçilərinin Azərbaycan xalqına qarşı yürütdüyü soyqırımı və etnik təmizləmə siyasətinin tərkib hissəsi olduğunu bildiriblər. Diqqətə çatdırıblar ki, 30 illik işğaldan sonra 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu torpaqlarımızı düşməndən azad edib.

Keçidlər