Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu rayonunun ümumtəhsil məktəblərində 15 sentyabr - Bilik Günü qeyd edilib

15 sentyabr 2026 | 15:51

     Ağsu rayonunun ümumtəhsil məktəblərində 15 sentyabr - Bilik Günü ilə əlaqədar keçirilən tədbirlərdə Ağsu Rayon İcra Hakimiyyətinin, Ağsu rayon Təhsil sektorunun nümayəndələri, valideynlər, məktəblərin müəllim və şagird kollektivləri iştirak ediblər.

     Ağsu şəhər 4 saylı tam orta ümumtəhsil məktəbində “Bilik Günü” münasibəti ilə keçirilən yığıncaqda Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, Milli Məclisin deputatı Elçin Mirzəbəyli, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər.

     Görüşdə çıxış edən RİH başçısı Rövşən Bağırov əlamətdar gün münasibəti ilə müəllim və şagirdləri təbrik edib, bu il ilk dəfə məktəbə qədəm qoyan birincilərə təhsillərində uğurlar arzulayıb. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu milli təhsil strategiyasının bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, dövlət tərəfindən təhsilə və təhsil işçilərinə olduqca böyük diqqət və qayğı göstərildiyini, hər il yeni-yeni məktəblərin tikildiyini, təhsil müəsissələrinin maddi-texniki bazasının gücləndiyini qeyd edib.  

     Son dövrlər respublikamızda təhsil sahəsində aparılan islahatlardan söz açan millət vəkili Elçin Mirzəbəyli bu islahatların uğurlu nəticələrindən, məktəb və müəllim nüfuzunun qorunmasının vacibliyindən danışıb, bu məsələdə cəmiyyətin həmrəylik nümayiş etdirməsinin önəmini vurğulayıb. Yeniyetmə və gənclərin ictimai həyatın müxtəlif sahələrindəki fəallıqlarını, öz bacarıqlarını inkişaf etdirmək üçün göstərdikləri səyləri yüksək qiymətləndirib və məktəblilərə öz tövsiyələrini verib.

     Yığıncaqda çıxış edən müəllim və valideynlər respublikamızda, eləcə də Ağsu rayonunda təhsilin inkişafına göstərdikləri diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.  

Keçidlər