Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu rayonunun Sanqalan kəndində səyyar qəbul keçirlib

03 avqust 2022 | 16:08

     Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Sanqalan kəndində növbəti səyyar qəbul keçirib. Səyyar qəbulda vətəndaşlar tərəfindən Sanqalan kəndinin içməli su təchizatının yaxşılaşdırılması, Quzey, Qırlar və Sanqalan kəndlərində elektrik təsərrüfatının yenidən qurulması, Qırlar kəndinə gedən giriş avtomobil yolunun asfatlaşdırılması ilə bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin bir sıra digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.
     Vətəndaşların müracətlərinin həlli nəzarətə götürülüb və onların icrası ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.

Keçidlər