Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu rayonundan olan Vətən mühaibəsi şəhidlərinin ad günləri qeyd olunub

30 avqust 2022 | 16:56

     30 avqust 2022-ci il tarixdə Ağsu rayonundan olan Vətən müharibəsi şəhidləri Pənahov Roman Sərkər oğlu və Səmədov Hüseyn Müşviq oğlunun ad günü mərasimləri keçirilmişdir. Mərasimlərdə Ağsu Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Mirzəliyeva, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Bəxtiyar Məmmədov, SHXÇDX-nin Ağsu rayon şöbəsinin rəisi Aqşin Xancanov, RİH başçısı Aparatının əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri və qazilər iştirak etmişdir.

     Əvvəlcə Ağsu rayonunun Yenilik kəndindən olan Vətən müharibəsi şəhidi Pənahov Roman Sərkər oğlunun ailəsinin yaşadığı ev ziyarət olunmuşdur. Sonra şəhid R.Pənahovun məzarı ziyarət olunaraq önünə gül dəstələri qoyulmuş və şəhidin ruhuna dualar oxunmuşdur.

     Daha sonra tədbir iştirakçıları tərəfindən Vətən müharibəsi şəhidi Səmədov Hüseyn Müşviq oğlunun Şəhidlər Xiyabanında yerləşən məzarı ziyarət edilmiş, önünə gül dəstələri qoyulmuş və şəhidin ruhuna dualar oxunmuşdur. Ağsu şəhərində tədbirin davamı olaraq mərasim təşkil edilmişdir.

     Şəhid valideynləri övladlarına verilən bu yüksək qiymətə, bütün şəhid ailələrinə göstərilən xüsusi diqqət və qayğıya görə ölkə başçısına minnətdarlığını bildiriblər.

Keçidlər