Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib

19 oktyabr 2024 | 15:57

    Ağsu rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib. Ağacəkmə aksiyası Bakı-Şamaxı-Yevlax avtomobil yolunun rayonun Yenilik kəndi ərazisindən keçən hissəsində keçirilib.  Aksiyada ümumilikdə 200 nəfər iştirak edib.
      Yeni əkilən ağaclara aqrotexniki qulluq göstərilməsi, onların qorunması və suvarılması ilə bağlı təşkilati və texniki tədbirlər görülüb.
      Ağsu rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ümumilikdə, 11 min ədəd ağac əkilməsi nəzərdə tutulur.

Keçidlər