Ağsu rayonunda “Uşaq Hüquqları Aylığı”nın elan olunması ilə bağlı silsilə tədbirlər keçirilib
Ağsu rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun ümumtəhsil müəssisələrində, idarə, müəssisə və təşkilatlarında Uşaq hüquqları aylığı çərçivəsində tədbirlər, dəyirmi masa, idman yarışları və rəsm müsabiqələri keçirilib.
25.10.2023-cü il tarixdə Şəhər 4 saylı tam orta və 15.11.2023-cü il tarixində Şəhər 3 saylı tam orta məktəbində Ağsu rayon İcra Hakimiyyətinin, rayon Polis şöbəsinin, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin Ağsu rayon sektorunun, Daglıq Şirvan Regional Gənclər və İdman idarəsinin Ağsu rayonu üzrə gənclər və idman sektorunun, Ağsu rayon İcra və Probasiya şöbəsinin, Dini Qrumlarla iş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbənin əməkdaşlarının iştirakı ilə tədbirlər keçirilib.
Tədbirlərdə şagirdlərə uşaq hüquqlarının yaranma tarixi, milli və beynəlxalq qanunvericilik, dövlət tərəfindən uşaq hüquqlarının müdafiəsi sahəsində görülən işlər barədə ətraflı məlumatlar verilmiş, BMT-nin Uşaq Hüquqları Konvensiyasının icrasının təmin edilməsi istiqamətində respublikamızda bir sıra tədbirlərin həyata keçirildiyi bildirilmişdir.
Ölkə Prezidenti cənab İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nda əhalinin müxtəlif qruplarının, o cümlədən də uşaq hüquqlarının müdafiəsi ilə bağlı təsbit olunan müddəaların uğurla həyata keçirildiyini şagirdlərin diqqətinə çatdırıılmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 2 iyun tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası” təsdiq edilmişdir. Dövlət başçısının 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nda uşaqların hüquqlarının səmərəli təmin olunması məqsədilə müvafiq dövlət qurumlarına tədbirlərin görülməsi tapşırıq verildiyi və uşaq hüquqları barədə qanunvericilikdə nəzərdə tutulmuş qanunlar və digər tapşırıqlar haqqında geniş məlumat verilmişdir.
Tədbirlərdə çıxış edən natiqlər Ermənistan tərəfinin dinc əhaliyə, əsasən də qoça, qadın və uşaqlara edilmiş vəhşilikdən, Xoşalı faciəsində törədilmiş cinayətlərdən, Azərbaycanın mülki yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutması barədə məlumatlar verildi. Bildirildi ki, uşaqlar hərbi münaqişələr zamanı heç bir halda hədəf obyektinə çevrilməməli və müharibənin fəsadlarından əziyyət çəkməməlidirlər.
Çıxışlarda Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuz tərəfindən 44 günlük Vətən Müharibəsində Azərbaycan torpaqlarının işğaldan azad olunmasından danışıldı. Azərbaycanın hər bir bölgəsində, əsasən də Qarabağda abadlıq-quruculuq işlərinin aparıldığı, yeni yolların salındığı, sakinlərin məşğulluğunun təmin edilməsi məqsədilə iş yerlərinin yaradıldığı, onların istirahəti üçün park və xiyabanların salındığı, uşaq və gənclərin idman və gidər maraqları nəzərə alınaraq idman kompleksləri, əyləncə mərkəzlərinin tikildiyi qeyd edildi.