Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü qeyd olunub

11 may 2022 | 08:38

     Ağsu rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99 illiyinə həsr olunan “Heydər Əliyev - müasir Azərbaycan dövlətinin əbədiyaşar memarı” mövzusunda konfrans keçirilib.

     Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin adını daşıyan parka gələrək Ümummilli Liderin abidəsini ziyarət edib, önünə tər çiçəklər düzüblər.

     Konfransı rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov açıb, Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. İcra başçısı dahi şəxsiyyət Heydər Əliyevin mənalı, şərəfli həyat yolundan, Vətəni, xalqı qarşısında zəngin, məqsədyönlü fəaliyyətindən danışıb, Ulu Öndərin Azərbaycana rəhbərliyinin birinci və ikinci dövrlərində son dərəcə mürəkkəb və ziddiyyətli tarixi şəraitdə fəaliyyət göstərən dahi şəxsiyyət olduğunu diqqətə çatdırıb.

     Tədbirdə Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqına, dövlətinə göstərdiyi misilsiz xidmətlərin ayrı-ayrı sahələri geniş təhlil olunub.

Keçidlər