Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu rayonunda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar ağacəkmə aksiyası keçirilib

15 mart 2023 | 16:46

     Xalqımızın Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar ağacəkmə aksiyası keçirilib.

     Ağsu-Rəhimli-Qaradağ avtomobil yolunun 1,5-ci kilometrliyində keçirilən ağacəkmə aksiyasında 100 ədəd sərv, 150 ədəd müxtəlif növ meyvə ağacları əkilmişdir. Aksiyada RİH başçısı Rövşən Bağırov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, təşkilat və müəssisələrinin kollektivləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Əkilən hər bir ağac tinginə arqotexniki qulluq göstərilib. Həmçinin, Ağsu şəhəri ərazisində iməciliklər təşkil olunub.

Keçidlər