Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu rayonunda tanınmış şair, yazıçı-publisist Ağacəfər Həsənlinin 70 illik yubileyi qeyd olunub

06 iyun 2024 | 17:53

     06 iyun 2024-cü il tarixdə Ağsu rayon Heydər Əliyev Mərkəzində tanınmış şair, yazıçı-publisist Ağacəfər Həsənlinin 70 illik yubileyi qeyd olunub. Tədbirdə Ağsu Rayon İcra Hakimiyyətinin məsul vəzifəli şəxsləri, yazıçı-publisist Ağacəfər Həsənli, “Ədəbiyyat” qəzetinin əməkdaşı Sərvan Hüseynoğlu və ictimaiyət nümayəndələri iştirak ediblər.

     Yubiley tədbirində ilk öncə Ağsu Rayon İcra Hakimiyyətinin başçısının müavini, İctimai-siyasi və hümanitar məsələlər şöbəsinin müdiri Sevil Mirzəliyeva şair Ağacəfər Həsənlinin yaradıcılığından söz açıb. Daha sonra Ağacəfər Həsənli haqqında “Ədəbiyyat” qəzetinin əməkdaşı Sərvan Hüseynoğlu geniş danışmış, onun onlarla şeir, publisistika və tərcümə kitabının nəşr olunduğunu, şairin “Ümidimin adına küçə” kitabının “Qızıl kəlmə” ədəbi mükafatına layiq görüldüyünü tədbir iştirakçılarının diqqətinə çatdırıb.

     Qeyd olunub ki, şair Ağacəfər Həsənli, həmçinin Qaracaoğlan poeziya festivalının qalibi, TÜRKSOY mükafatı laureatıdır. Onun əsərləri 30-dan çox dilə, o cümlədən rus, ingilis, fransız, bolqar, ərəb və başqa dillərə tərcümə olunub.

     Tədbirdə digər çıxış edənlər şairlə bağlı xatirələrindən danışıblar, şeirlərindəki səmimiyyəti, gözəlliyə vurğunluğunu, gənclər tərəfindən şeirlərinin daha çox sevildiyini dilə gətiriblər.

     Sonda Ağacəfər Həsənli çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.

 

Keçidlər