Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu rayonunda “Region gəncləri arasında milli-mənəvi dəyərlərin və ailə ənənələrinin təbliği imkanları” mövzusunda tədbir keçirilib

14 fevral 2024 | 12:09

     “Müasir Gənclik və Sosial İnkişaf” İctimai Birliyi Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə  dəstəyi ilə  Ağsu  rayonunda “Region gəncləri arasında milli-mənəvi dəyərlərin və ailə ənənələrinin təbliği imkanları” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Ağsu Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi hümanitar məsələlər şöbəsinin baş məsləhətçisi Umud Cavid, Müasir Gənclik və Sosial İnkişaf” İctimai Birliyi sədri Etibar Əsədov, digər aiddiyatı qrumların nümayyəndələri və gənclər iştirak etmişlər.  Tədbiri giriş sözü ilə Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi hümanitar məsələlər şöbəsinin baş məsləhətçisi Umud Cavid açaraq bildirdi ki,  hər bir xalqın sahib olduğu ən dəyərli miras onun milli-mənəvi dəyərləridir. Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemi kifayət qədər zəngindir və xalq onu yüksək tutaraq daim nəsildən-nəslə ötürməlidir. Çünki bu mənəvi xəzinə milli şüurun, milli ruhun, tarixin yaddaşıdır. Həmçinin o, Azərbaycan ailə modelindən söz açaraq bildirdi ki, xalqımıza xas olan bu dəyərləri gənclərə düzgün şəkildə çatdırmaq, təbliğ etmək və qorumaq ən başlıca vəzifələrimzidən biridir. 

     Daha sonra İctimai birliyin sədri Etibar Əsədov iştirakçıları salamlayaraq layihənin məqsədindən, layihə çərçivəsində görüləcək işlərdən və təşkilatın milli-mənəvi dəyərlər sahəsində gördüyü işlərdən danışdı. E.Əsədov təşkilatın mütəmadi olaraq gənclərdə milli vətənpərvərlik hisslərinin aşılanması, tariximiz, mədəniyyətimiz, milli dəyərlərimizin təbliği, düzgün maarifləndirmə işinin aparılması istiqamətində işlər gördüyünü bildirdi.

     Tədbirdə çıxış edənlər bu cür tədbirlərin əhəmiyyətini yüksək qiymətləndirərək vurğulayıblar ki, hər bir xalqın mövcudluğunun əsas göstəricisi onun milli-mənəvi dəyərləridir və bu dəyərlər bizim tariximiz, ədəbiyyatımız, incəsənətimiz, dilimiz, adət-ənənəmizdir. Hər bir azərbaycanlının qəlbində Vətən sevgisi var. Xalqımız hər zaman öz keçmişinə, adət-ənənələrinə, milli-mənəvi dəyərlərinə bağlı olub. Vətənpərvərliyin böyük məhfumdur. Bu baxımdan gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə çox böyük önəm verilməlidir.

     Çıxışlar zamanı həmçinin qeyd olunmuşdur ki, Azərbaycan dövləti gələcəyimiz olan yeniyetmə nəslin vətənə məhəbbət, xalqına hörmət, soykökünə, adət-ənənələrimizə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşmışdır. Ümummmilli Liderimiz Heydər Əliyev öz siyasətində yeniyetmə və gənclərə daim qayğı göstərmiş, Respublikaya rəhbərlik etdiyi dövrlərdə yeniyetmə və gənclərin himayədarı kimi çıxış edərək sağlam düşüncəli yeni nəslin yetişdirilməsi sahəsində misilsiz işlər görmüşdür. Bu ənənə ölkə başçımız cənab İlham Əliyev və ölkənin birinci xanımı Mehriban Əliyeva tərəfindən bu gün də uğurla davam etdirir.

Keçidlər