Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu rayonunda "Qalib Gəncliyimizin III Zəfər Kuboku" adlı intellektual yarışma layihəsinin seçim turu keçirilib

17 iyul 2023 | 11:29

          Ağsu şəhər Mədəniyyət Evində Ağsu Rayon İcra Hakimiyyətinin və İsmayıllı İntellektual Oyunlar Klubunun təşkilatçılığı ilə gənclər və rayon məktəbliləri arasında "Qalib Gəncliyimizin III Zəfər Kuboku" adlı intellektual yarışma layihəsinin seçim turu keçirilib.

        Tədbiri giriş sözü ilə açan İsmayıllı İntellektual Oyunlar Klubunun sədri Azad Manaflı yarış iştirakçılarını salamlamış,  turnirin keçirilməsində əsas məqsədin "Azərbaycan Respublikasında 2023-cü il "Heydər Əliyev İli" elan edildiyini və Ümummilli Liderimiz, böyük tarixi şəxsiyyət Heydər Əliyevin tariximizdə, həmçinin müasir Azərbaycanın formalaşmasındakı fəaliyyətinin təbliğ olunmasına, Ulu Öndər irsinin şagirdlər tərəfindən daha dərindən öyrənilməsinə töhfə vermək, Azərbaycanın zəngin milli mədəniyyətini və tarixini təbliğ etmək, uşaq, yeniyetmə və gənclərin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, eləcə də onların asudə vaxtlarının mənalı və səmərəli təşkilinə kömək məqsədi daşıdığını qeyd etmiş və göstərilən dəstəyə görə Ağsu rayon İcra Hakimiyyətinə təşəkkürünü bildirmişdir.

        Ağsu Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və hümanitar məsələlər şöbəsinin baş məsləhətçisi Umud Cavid çıxış edərək  bu yarışın  gənclərin və rayon məktəblilərinin müxtəlif fənlərə marağının artırılmasına, həmçinin həmin fənlər üzrə onların hazırlıq səviyyəsinin nümayiş etdirilməsinə şərait yaratdığını, istedadlı gənclərin aşkara çıxarılmasına xidmət etdiyini bildirərək, gənclərə daima vətənpərvər ruhda yetişməyi, milli-mənəvi dəyərlərimiz əsasında tərbiyə almağı, tariximizə yaxşı bələd olmağı, dilimizi yaxşı bilməyi və daima Vətənə sadiq olmağın vacibliyini bildirmişdir.

         Yarışda rayonun müxtəlif tam orta məktəblərindən ümumilikdə 12 komanda iştirak etmişdir. Yekun nəticələrə əsasən, "Tardiqrad"  komandası qalib olmuşdur. "Alyans" komandası və "TutorLab" komandası müvafiq olaraq ikinci və üçüncü yerləri tutmuşlar. Turnirin qaliblərinə diplom təqdim olunmuşdur.

Keçidlər