Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu rayonunda Laçın şəhəri günü ilə bağlı Laçın rayon sakinləri ilə görüş keçirilib

26 avqust 2023 | 13:15

     Ağsu rayonunda Laçın şəhəri günü ilə bağlı Laçın rayon sakinləri ilə görüş keçirilib. Tədbirdə rayon İcra Hakimiyyətinin rəhbərliyi, Vətən müharibəsi şəhidlərinin ailələri, rayon ağsaqqalları və Laçın sakinləri iştirak ediblər.

     Görüş iştirakçıları əvvəlcə Ağsu şəhərindəki Qəhrəmanlar Kompleksini ziyarət edərək Vətənimizin ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsini anıblar, abidə önünə gül dəstələri düzüblər. Sonra tədbir Veteranlar klubunda təşkil olunmuş çay süfrəsi arxasında davam etdirilib.

     Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Füzuli Kərimli qeyd etmişdir ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu torpaqlarımızı düşməndən azad edərək, 30 illik işğala son qoymuşdur. Prezident cənab İlham Əliyev Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilməsi haqqında 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən, 26 avqust - Laçın şəhəri günü təsis olunub. Qısa müddət ərzində Laçın şəhərində Azərbaycan Bayrağı ucaldılmış, orada tikinti və yenidənqurma işlərinə başlanılmışdır. F.Kərimli Laçın şəhəri günü və Laçına qayıdışın başlanılması münasibətlə laçınlıları təbrik etmişdir.

     Görüşdə çıxış edən Laçın rayon sakinləri göstərilən diqqət və qayğıya, eləcə də laçınlıların doğma yurdlarına qayıdışının başlanılmasına görə Prezident cənab İlham Əliyevə və hər zaman böyük dəstəyinə güvəndikləri Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini ifadə ediblər.

Keçidlər