Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu rayonunda kümçülərlə görüş keçirilib

25 may 2022 | 15:49

      Ağsu rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov baramaçılıqla məşğul olan kümçülərin təsərrüfatlarında olub, kümçülərə lazımı tövsiyələrini verib, onların qayğıları ilə maraqlanıb.

       Görüşlərdə Ağsu rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov bildirib ki, baramaçılığın inkişafına dair Dövlət Proqramı, Prezident cənab İlham Əliyevin baramaçılığın inkişafı ilə əlaqədar verdiyi tövsiyə və tapşırıqlar Ağsu rayonunda da bu sahənin inkişafına güclü təkan verib. Qeyd edib ki, rayonda baramaçılıqla məşğul olan ailələrdən peşəkar baramaçıların sayı ildən-ilə artır. RİH başçısı bölgə üçün ənənəvi təsərrüfat olan baramaçılığın inkişaf perspektivlərindən danışıb.        

     Rayonda cari mövsümdə daha çox baramaqurdu toxumu Qaraqoyunlu, Bozavand, Çaparlı, Ərəbmehdibəy və Növcü kənd icra nümayəndəliklərindəki ailə fermer təsərrüfatlarında bəslənir.

Keçidlər