Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu rayonunda “Konstitusiya və Suverenlik İli” ilə əlaqədar yığıncaq keçirilib

13 mart 2025 | 11:05

     Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması ilə əlaqədar Ağsu Rayon İcra Hakimiyyətində yığıncaq keçirilib.

     Tədbirdə Ağsu Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Füzuli Kərimli çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2025-ci ilin Azərbaycanda "Konstitusiya və Suverenlik ili" elan edilməsi, ölkəmizin hüquqi dövlət quruculuğu sahəsində və suverenliyin daha da möhkəmləndirilməsi istiqamətində atılacaq addımların davamı kimi mühüm əhəmiyyət daşıyır.

     F.Kərimli qeyd edib ki, Ölkə başçısı, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz tarixi Zəfərə imza atıb, ərazi bütövlüyümüz və suverenliyimiz bərpa olunub. Konstitusiyamızın hüquqi qüvvəsi işğaldan azad olunan bütün ərazilərdə bərqərar olub. Dövlət Bayrağımız əzəli torpaqlarımızda dalğalanır.

     Çıxışlarda Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunmasının tarixi əhəmiyyətindən, gələcəyə yönəlik strateji mahiyyətindən, Azərbaycanın inkişafının yeni mərhələsindən, ərazi bötövlüyünün, suverenliyinin tam bərpa olunmasından, qüdrətli bir ölkəyə çevrilməsindən ətraflı danışılıb.

Keçidlər