Ağsu rayonunda iftar süfrəsi açılıb
Ağsu rayonunda mübarək Ramazan ayı ilə əlaqədar iftar süfrəsi təşkil olunub. Rayon icra hakimiyyətinin təşəbbüsü ilə açılan iftar süfrəsində şəhid ailələri, qazilər, aztəminatlı ailələr, ictimaiyyət nümayəndələri, din xadimləri iştirak ediblər.
İftar süfrəsində Qurani-Kərimdən ayələr oxunub, xalqımızın, dövlətimizin firavanlığı, əmin-amanlığı üçün dualar edilib. Tədbirdə iştirak edənlər ruzi-bərəkət, həmrəylik, dostluq-qardaşlıq, sevgi və mərhəmət ayı olan Ramazan ayının fəzilətlərindən, insanlar arasında mənəvi saflıq, paklıq ayı olmasından danışıblar. Həmrəyliyin və dini-mənəvi birliyin möhkəmləndirilməsinə xidmət edən mübarək Ramazan günlərində iftar süfrəsinin açılmasının ümumi amallar naminə ölkəmizdə dövlət-din arasında sıx birliyin bariz nümunəsi olduğunu vurğulayıblar.