Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu rayonunda I Qarabağ müharibəsi şəhidi Səfərov Sənan Köçəri oğlunun 50 illik yubileyi qeyd olunub

16 avqust 2022 | 17:44

     15 avqust 2022-ci il tarixdə Ağsu rayonunun Bico kəndindən olan I Qarabağ müharibəsi şəhidi Səfərov Sənan Köçəri oğlunun 50 illik yubileyi qeyd olunub. Mərasimdə Ağsu Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Mirzəliyeva, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Bəxtiyar Məmmədov, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri və qazilər iştirak etmişdir.

     Ağsu RİH başçısı Aparatının şöbə müdiri Bəxtiyar Məmmədov öz çıxışında şəhidin qəhrəmanlıqlarından və həyat yolundan bəhs etmişdir. Vurğulanmışdır ki, şəhid S.Səfərov 1972-ci ilin avqust ayının 15-də Ağsu rayonunun Bico kəndində ziyalı ailəsində dünyaya göz açmışdır. 1979-cu ildə Bico kənd tam orta məktəbinin 1-ci sinifinə getmişdir. 1989-cu ildə həmin məktəbi bitirmişdir. 1992-ci ildə Bakı şəhərində "N" saylı hərbi hissədə həqiqi hərbi xidmətə başlayan Sənan müəyyən təlimlərdə iştirak etdikdən sonra, 1993-cü ildə könüllü olaraq Vətənin müdafiəsi üçün müharibənin ən qaynar nöqtəsinə yollanmışdır. Bir çox şiddətli döyüşlərdə iştirak edən Sənan, 1994-cü ilin yanvar ayının 12-də Füzuli şəhərinin müdafiəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Ağır döyüş və kəskin hava şəraiti nəticəsində nəşi itkin düşmüşdür.

     Daha sonra məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndirmişdir.

     Şəhidin həyat yoldaşı M.Səfərova göstərilən diqqətə görə gələn qonaqlara minnətdarlığını bildirmişdir.

Keçidlər