Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu rayonunda “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalının təltif olunanlara təqdim edilməsi ilə əlaqədar görüş keçirilib

19 mart 2024 | 15:48

     19 mart 2024-cü il tarixdə Ağsu rayon İcra hakimiyyətində “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalının təltif olunanlara təqdim edilməsi ilə əlaqədar görüş keçirilib.

     Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq 2023-cü il “Heydər Əliyev İli” elan edilmişdir. Müstəqil Azərbaycanın memarı olan Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi respublikamızın hər yerində olduğu kimi rayonumuzda da silsilə tədbirlərlə qeyd olundu. Bu əlamətdar il ilə bağlı təsdiqlənmiş “Tədbirlər Planı”na uyğun olaraq, “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı təsis edilib və cənab Prezidentin müvafiq Sərəncamı ilə bir sıra şəxslər “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunublar.

     Təltif olunanların siyahısında Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, uzun illər rayonun ictimai-siyasi həyatında fərqlənən Cəmaləddin Zeynalov və Əli Hüseynov da yer alıblar.

     Görüş zamanı çıxış edən Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov müasir və müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısındakı misilsiz xidmətlərindən danışıb və təltif olunan şəxsləri təbrik edib.

      Tədbirdə söz alan Cəmaləddin Zeynalov və Əli Hüseynov çıxışlarında böyük siyasi iradəyə, sarsılmaz əqidəyə malik olan Ulu Öndər Heydər Əliyevin tükənməz dövlət idarəçiliyindən bəhs ediblər, Ulu Öndərin siyasi davamçısı, Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevə onlara göstərilən diqqətə və ali mükafata görə təşəkkürlərini ifadə ediblər.

      Görüş iştirakçıları yüksək təltifə layiq görülən şəxslərə öz səmimi təbriklərini çatdırıblar. Sonda RİH başçısı tərəfindən Əli Hüseynov və Cəmaləddin Zeynalova “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı, həmçinin uzun illər dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə Elsahib Xəlilov və Həziran Fərzəliyevə RİH-nin Fəxri Fərmanları təqdim olunub. 

Keçidlər