Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu rayonunda “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” və “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir!” mövzularında toplantı keçirilib

26 aprel 2023 | 19:19

     26 aprel 2023-cü il tarixdə Ağsu şəhər Mədəniyyət evində Ağsu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” və “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir!” mövzularında toplantı keçirilib.

     Toplantıda Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, Milli Məclisin deputatları Tahir Kərimli, Novruzəli Aslanov, İqbal Məmmədov, Sabir Hacıyev, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, Xalq artisti, şəhid atası Əli Nuruzadə, Vətən müharibəsi şəhidlərinin ailələri, qaziləri, iştirakçıları, rayon ağsaqqalları, ziyalıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

     Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsini ziyarət ediblər. Tədbir öncəsi Dövlət himni səsləndirilib və Ulu öndər Heydər Əliyevin, dövlətçiliyimiz, ərazi bütövlüyümüz uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən video-çarx nümayiş etdirilib. Rayon məktəblilərinin ifasında Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş şer kompazisiyası toplantı iştirakçılarının xüsusi marağına səbəb olub.

     Toplantıda çıxış edən Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinin qeyd olunmasını Azərbaycan tarixində əlamətdar hadisə kimi qiymətləndirərək bildirib ki, bu yubileyin mühüm cəhəti ondan ibarətdir ki, Ulu öndərin şəxsində həm də Azərbaycanın dünənini, bu gününü, əsası isə sabahını bir daha təhlil edirik. Heydər Əliyev epoxası Azərbaycan tarixinin quruculuq, yaradıcılıq, siyasi sabitlik və milli təkamül kimi əsas inkişaf istiqamətlərini özündə birləşdirməklə, sözün əsl mənasında, milli intibah dövrü kimi xarakterizə olunur. Azərbaycan dövlətinə uzunillik misilsiz xidmətləri ilə xalqın böyük etimad və məhəbbətini qazanmış Ulu Öndər milyonlar üçün böyük Xilaskar oldu. Bugünkü qüdrətli Azərbaycan dövlətinin təməli məhz Heydər Əliyevin xalqın təkidi ilə 1993-cü ildə hakimiyyətə gəlməsi ilə qoyuldu.

     Vurğulayıb ki, 1993-cü ildə xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Ümummilli Lider, ilk növbədə, ölkədə siyasi sabitliyi təmin etdi. Ölkənin gələcək inkişaf strategiyasını müəyyənləşdirərək onun müstəqilliyini əbədiləşdirdi. Zamanın ağır və sərt sınaqlarına sinə gərən müstəqil Azərbaycan dövləti Heydər Əliyevin liderliyi ilə öz hüquqi və siyasi-iqtisadi suverenliyi istiqamətində uğurla irəliyə getməyə başladı. Cəmiyyətdə sürətlə formalaşan ictimai-siyasi sabitlik ölkəmizin bütün sahələrdə inkişafına möhkəm zəmin yaratdı. Azərbaycanın sosial-iqtisadi yüksəlişi ilə yanaşı cəmiyyətin demokratik əsaslarla inkişafı üçün lazımı mühit yarandı.

     RİH başçısı xüsusilə qeyd edib ki, 2020-ci ilin 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi və Prezident cənab İlham Əliyevin daha da təkmilləşdirərək müasirləşdirdiyi milli dövlətçilik strategiyasının ən böyük təntənəsi oldu. Bu gün Şuşada və işğaldan azad olunmuş digər ərazilərdə qürurla dalğalanan dövlət bayrağımız bu uğurlu strategiyanın məntiqi nəticəsidir. Məhz bu strategiya ilə biz əzəli, qədim Azərbaycan torpaqlarına, Qarabağa qayıdırıq.

     Toplantıda digər çıxış edənlər qeyd ediblər ki, Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü Ümummilli Lider Heydər Əliyevin şərəfli adı və möhtəşəm fəaliyyəti ilə bilavasitə bağlıdır. Bildirilib ki, onun rəhbərliyi zamanı Azərbaycan əsrə bərabər inkişaf yоlu keçib. Ulu Öndər rəhbərlik etdiyi hər iki dövrdə var qüvvəsini və bacarığını Azərbaycanın yüksəlişinə həsr edib, ölkənin hər yerində nəhəng quruculuq işlərinin təşəbbüskarı оlub.

    Vurğulanıb ki, Heydər Əliyevin birinci rəhbərliyi dövründə aparılan kompleks islahatlar, formalaşdırılan güclü aqrar-sənaye, energetika və neft-kimya sənayesi potensialı Azərbaycanı nəinki qabaqcıl respublikalardan birinə çevirib, eyni zamanda, onun gələcək müstəqilliyi üçün fundamental əsaslar yaradıb.

      Çıxışlarda Azərbaycanın çağdaş tarixinin milli intibah dövrünün müdrik dövlət xadimi Heydər Əliyevin adı ilə bağlı olduğu diqqətə çatdırılıb. Qeyd olunub ki, məhz Ulu Öndər Azərbaycan dövlətçiliyini xaos və böhran məngənəsindən çıxarıb, xalqımızın taleyində misilsiz xilaskar missiyasını şərəflə yerinə yetirib. Dahi rəhbər dövlətçiliyə hədsiz sədaqəti ilə indiki və gələcək nəsillərə örnək ola biləcək bir fəaliyyət nümunəsi, ölkəmizin davamlı inkişafının uzunömürlülüyünü təmin edən təkmil irs, siyasi məktəb miras qoyub. O, ölkə həyatının bütün sahələrində quruculuğun, davamlı inkişafın və islahatların banisi olub.

     Qeyd edilib ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətinə rəhbərliyinin 34 ili milli intibah dövrü kimi tarixi yaddaşımıza əbədi həkk olunub. Bu dövr bir-birindən zaman və ictimai-siyasi formasiya baxımından fərqlənən iki mərhələ ilə (1969-1982-ci və 1993-2003-cü illər) xarakterizə olunsa da, əslində hər iki mərhələdə həyatımızın bütün sahələrində sürətli yüksəliş, milli ruhun inkişafı və mənəviyyatın tərəqqisi dövrü yaşanıb.

    Çıxışlarda o da vurğulanıb ki, Müzəffər Ali Baş Komandan, ata vəsiyyətini ləyaqətlə yerinə yetirən Prezident cənab İlham Əliyev uzaqgörən siyasəti, düşünülmüş islahatları və müdrik qərarları ilə müstəqil Azərbaycanı dinamik inkişaf yoluna çıxarıb. Dünya miqyasında sabit iqtisadiyyata və mühüm geostrateji mövqeyə malik olan, qlobal enerji təhlükəsizliyinin təminatında vacib rol oynayan, siyasi, iqtisadi, humanitar və digər sahələrdə qlobal məsələlərin müzakirə olunduğu məkana çevirib. Bu gün Azərbaycan beynəlxalq və regional əməkdaşlığa böyük töhfələr verən, mövcud olduğu regionda hadisələrin inkişaf istiqamətini müəyyən edən nüfuzlu bir dövlət kimi dünya birliyi tərəfindən qəbul olunur. Ölkəmiz gündən-günə güclənərək və inkişaf edərək yeni çağırışlara cavab verməklə mətin addımlarla irəliləyir.

Keçidlər