Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu rayonunda “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda silsilə tədbirlər keçirilib

03 fevral 2023 | 18:10

     Ağsu rayonunda “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda silsilə tədbirlər keçirilib. Rayonun idarə, müəssisə və təşkilatlarında, təhsil ocaqlarında təşkil olunan tədbirlərdə Ulu Öndər Heydər Əliyevin və respublikamızın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib. “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda video-çarxlar və sənədli filmlər nümayiş olunub. 

     Tədbirlərdə çıxış edənlər Azərbaycan gənclərinin müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, dövlətimizin apardığı gənclər siyasətinin rolundan danışıb, idmanın inkişafının və gənclər siyasətinin Ümummilli Lider Heydər Əliyevin adı ilə sıx bağlı olduğunu bildiriblər. Bildirilib ki, Ümummilli Lider Heydər Əliyev siyasətinin layiqli davamçısı, Prezident İlham Əliyev öz fəaliyyətində Azərbaycan gəncliyinin sağlamlığı, təhsili, bilik və peşəkarlıqlarının artırılması, onların sosial problemlərinin həlli istiqamətində böyük işlər görür.

     Natiqlər gənclərin ölkənin sosial-iqtisadi, ictimai-siyasi həyatında fəallığının artırılması işində böyük rol oynadığını qeyd edərək bütün gəncləri “2 Fevral – Azərbaycan Gəncləri Günü” münasibətilə təbrik ediblər.

     Yığıncaqlarda ölkəmizdə gənc nəslə göstərilən diqqət və qayğıdan danışılıb və rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup gənclərə fəxri fərman, diplom, təşəkkürnamələr və qiymətli hədiyyələr təqdim edilib.

 

Keçidlər