Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu rayonunda "Heydər Əliyev İli" çərçivəsində “Sazlı-sözlü Şirvan" adlı konsert proqramı təşkil edilib

29 noyabr 2023 | 18:43

     29 noyabr 2023-cü il tarixdə Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi Ağsu rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Ağsu şəhər Mədəniyyət evində "Heydər Əliyev İli" çərçivəsində "Sazlı-sözlü Şirvan" adlı konsert proqramı təşkil edilib.

     Tədbirdə Ağsu Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sevil Mirzəliyeva, Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəisi Səxavət Məmmədov, Şirvan Aşıqlar Birliyinin sədri Ağamurad Şirvanlı, aşıqlar, mədəniyyət işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

     İlk öncə vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. Sonra Ulu Öndər Heydər Əliyevin mədəniyyət xadimləri ilə görüşlərinə həsr olunmuş "Mədəniyyətə bağlı ömür" adlı videoçarx nümayiş etdirilib.

     Daha sonra aşıqlar - Ağamurad Şirvanlı, Elman Talıstanlı, Elçin Məmmədov, Rza Məmmədov, Amil Dadaşov, Babək Şakirli, Hacı Mahmudov və Qalib Güləliyevin ifaları, şairələr Minirə Dadaşqızı və Mərziyə Sarvanlının səsləndirdikləri şeirlər tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb, onlarda xoş əhval-ruhiyyə yaradıb.

Keçidlər