Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu rayonunda görkəmli oftalmoloq Zərifə xanım Əliyevanın anadan olmasının 100 illiyi ilə bağlı yığıncaq keçirilib

25 aprel 2023 | 18:32

     25 aprel 2023-cü ildə “Ağsu Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsində Ağsu Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Ağsu rayon təşkilatının birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq Zərifə xanım Əliyevanın anadan olmasının 100 illiyi münasibətilə yığıncaq keçirilib.

     Tədbirdə ilk öncə Ulu öndər Heydər Əliyevin, Zərifə xanım Əliyevanın və torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Zərifə xanım Əliyevanın həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

     Tədbiri giriş sözü ilə açan “Ağsu Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru Əli Hüseynov qeyd etmişdir ki, Zərifə xanım Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin tarixinə parlaq səhifələr kimi yazılıb. Akademik Zərifə Əliyeva zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu keçmiş, əhatəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin inkişafına əhəmiyyətli töhfələr vermişdir.

     Ağsu RİH başçısının müavini Sevil Mirzəliyeva çıxışında Zərifə xanım Əliyevanın böyük alim olmaqla yanaşı görkəmli ictimai xadim kimi də Azərbaycan tarixində xüsusi yer tutmasından, ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin, ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu, etibarlı silahdaşı olmasından və 44 günlük Vətən müharibəsi zəfərinin müəllifi, Qarabağın xilaskarı, ata vəsiyyətini yerinə yetirən Prezident cənab İlham Əliyev kimi məharətli və güclü siyasi lider yetişdirməsindən bəhs edib.

     Digər çıxış edənlər diqqətə çatdırmışlar ki, Zərifə Əliyevanın oftalmologiyanın aktual məsələlərinə dair uzunmüddətli araşdırmalarının uğurlu nəticəsi olan sanballı əsərləri həmişə təqdirlə qarşılanmış və yüksək qiymətə layiq görülmüşdür. Bu tədqiqatlarda irəli sürülən yeni və effektli müalicə metodları, kompleks profilaktik tədbirlər qısa müddətdə müvəffəqiyyətlə geniş tətbiqini tapmışdır. Azərbaycanda oftalmologiya məktəbinin ilk tədqiqat mərkəzi olaraq ixtisaslaşdırılmış elmi tədqiqat laboratoriyası məhz akademik Zərifə Əliyevanın təşəbbüsü ilə yaradılmışdır.

 

Keçidlər