Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu rayonunda "Erkən və qohum nikahlarla mübarizədə region gənclərinin potensialının artırılması" mövzusunda tədbir kecirilib

15 fevral 2024 | 17:20

     “Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı” İctimai Birliyi Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə  dəstəyi ilə  Ağsu  rayonunda "Erkən və qohum nikahlarla mübarizədə region gənclərinin potensialının artırılması" mövzusunda tədbir kecirib. Tədbirdə Ağsu Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Umud Cavid, “Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı” İctimai Birliyinin sədri Asif Əsgərli, layihə rəhbəri Gülnarə Bağırova, digər aidiyyətı qurumların nümayəndələri və gənclər iştirak etmişlər.

     Tədbiri giriş sözü ilə layihə rəhbəri Gülnarə Bağırova açaraq bildirdi ki, layihənin əsas məqsədi yeniyetmə və gənclər arasında erkən və qohum nikahların mənfi nəticələrilə mübarizə və maarfləndirmə sahəsində yerli gənc fəalların fəaliyyət potensialının artırılmasına və onların bilik, bacarıq və təcrübəsinin yüksəldilməsinə, gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması, möhkəmlənməsi, milli ailə dəyərləri və ənənələrinin təbliğidir.

     Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və hümanitar məsələlər şöbəsinin baş məsləhətçisi Umud Cavid erkən nikah və qohumlar arasında nikahın mənfi nəticələrinin aktual ailə problemlərindən olduğunu diqqətə çatdıraraq bildirib ki, erkən nikahların mənfi təsirləri, fəsadları kifayət qədərdir: “Bu, həmin hallarla rastlaşan gənclərin fiziki, psixoloji və reproduktiv sağlamlığına, sosial həyatına, özünü bir şəxsiyyət kimi ailə və cəmiyyətdə təmsil etməsinə bir sıra problemlər yaradır. Bütün bunlar həyat və sağlamlıq üçün müxtəlif əngəllər törətməklə yanaşı, həmçinin risklər də yaradır. Belə hallar boşanmalara, sağlamlıq imkanı məhdud uşaqların dünyaya gəlməsinə və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur. Çünki normal təhsili, peşə bacarıqları olmadığından, öz ailəsi də arxa çıxmadığından özünün gündəlik tələbatlarını reallaşdırmaq bu gənclər üçün mümkünsüz olur, bəzən də onlar cinayətkar insanların təsiri altına düşə bilirlər”.

     Daha sonra İctimai Birliyin sədri Asif Əsgərli çıxış edərək erkən nikah və qohumlar arasında bağlanan nikahların qarşısının alınmasında 3 mühüm komponentə diqqət ayrılmasının vacibliyini vurğulayıb və bu amillərə təhsil və maarifləndirmə, ictimai qınaq və hüquqi məsuliyyət daxil olduğunu bildirib. O, qeyri-hökumət təşkilatlarının reallaşdırdığı layihələrdə bu məsələlərin də hər zaman yer aldığını və həmin layihələrin qiymətləndirilməsi zamanı ekspert rəyinin önəminə diqqət çəkib. Lakin erkən nikahlar rəsmi qeydiyyata alınmadığından onlara nəzarət etmək dövlət səviyyəsində çətinlik yaradır. Ona görə də bir çox ictimai problem kimi erkən nikah probleminin də aradan qaldırılması üçün hər kəs mübarizə aparmalı, bu halların qarşısının alınması üçün üzərlərinə düşən vəzifələri yerinə yetirməlidirlər.

     Tədbirin sonunda qarşılıqlı müzakirələr aparılıb, həmçinin iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Keçidlər