Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu rayonunda Dövlət qulluqçularının peşə bayramı günü münasibətilə yığıncaq keçirilib

23 iyun 2026 | 15:31

     Ağsu Rayon İcra Hakimiyyətinin inzibati binasında 23 İyun - Dövlət qulluqçularının peşə bayramı gününün qeyd olunması münasibətilə yığıncaq keçirilib.

     Tədbirdə Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısı Aparatının əməkdaşları və rayonda çalışan bir qrup dövlət qulluqçuları iştirak ediblər.

     Öncə tədbir iştirakçıları Ağsu şəhərində Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə tər gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

     Yığıncağı Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov giriş nitqi ilə açaraq dövlət qulluğunda çalışanları peşə bayramı münasibəti ilə təbrik edib, dövlət quruculuğu sahəsində aparılan islahatların Ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdırıb. Bildirib ki, Ulu öndər Heydər Əliyevin dövlətçilik ənənələri bu gün Prezident cənab İlham Əliyev tərəfindən davam etdirilir. Uğurlu dövlət quruculuğu siyasətinin ardıcıl həyata keçirilməsi nəticəsində respublikamızda dövlət idarəetmə sisteminin, o cümlədən dövlət qulluğunun təkmilləşdirilməsi üçün mühüm işlər görülür, uğurlu islahatlar aparılır.

     Tədbirdə digər çıxış edənlər bildiriblər ki, dövlət qulluqçularının peşə bayramı günün təsis olunması, hər il bu bayram münasibəti ilə dövlət qulluqçularının təltif edilməsi ölkəmizdə dövlət qulluqçularına göstərilən diqqət və qayğının nəticəsidir. 

     Yığıncaqda rayonun ictimai-siyasi həyatında, mədəni-kütləvi tədbirlərində və uzun müddət dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə bir qrup dövlət qulluqçuları Ağsu Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edilmişlər.

Keçidlər