Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu rayonunda dövlət qulluqçuları üçün təlimlər keçirilib

07 may 2025 | 16:58

    Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 1-3-cü bəndlərində nəzərdə tutulmuş tədbirlər üzrə Dövlət İmtahan Mərkəzi əsas icraçı qurum olaraq müəyyən edilib. 5-7 may tarixlərində Dövlət İmtahan Mərkəzinin təşkilatçılğı ilə Ağsu rayonunda “Vaxtın idarə edilməsi və effektiv planlama”, Dövlət qulluğunda inzibati vəzifələrin tutulması qaydaları” və “Dövlət müəssisələrində səmərəli ünsiyyət və komanda işi:qarşılıqlı əlaqənin təkmilləşdirilməsi üçün psixoloji vasitələr” mövzularında dövlət qulluqçuları üçün təlimlər keçirilib.
     Təlimlər zamanı mövzular ətrafında iştirakçılara məlumatlar verilib, müzakirələr aparılıb və onların sualları cavablandırılıb.

Keçidlər