Ağsu rayonunda Dövlət İmtahan Mərkəzi tərəfindən təlimlər keçirilib
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə Sosial – iqtisadi inkişafı strategiyası”nın 3.1.9-cu bəndinə əsasən Ağsu Rayon İcra Hakimiyyəti və rayonun digər aidiyyəti qurumlarında çalışan dövlət qulluqçularının iştirakı ilə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən 14-16-18 avqust tarixlərində Ağsu rayonunda təlimlər keçirilmişdir. Təlimlərdə Münaqişələrin idarə edilməsi, Rəhbər vəzifəli şəxslər üçün insan resurslarının idarəedilməsi və liderlik, Dövlət qulluğunda etik davranış qaydaları və korrupsiya ilə mübarizə, Dövlət qulluqçularının xidməti fəaliyyətlərinin qiymətləndirməsi qaydaları, Dövlətin əsasları, Dövlət qulluğuna dair qanunvericiliyin tətbiqi barədə fikir mübadiləsi aparılmışdır.