Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu rayonunda Aprel döyüşlərinin 10-cu ildönümü qeyd olunub

03 aprel 2026 | 17:32

03.04.2026-cı il tarixdə YAP Ağsu rayon təşkilatında 2016-cı il Aprel döyüşlərinin 10-cu ildönümünə həsr olunmuş yığıncaq keçirilib.

Yığncaqda Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, rayonun hüquq-mühafizə orqanlarının, Yeni Azərbaycan Partiyası Ağsu rayon təşkilatının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ziyalılar, şəhid ailələri, qazilər, ağsaqqallar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

     Tədbir zamanı ilk olaraq Ümummilli Lider Heydər Əliyevin, Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

     Tədbir çərçivəsində Aprel döyüşləri və Vətən müharibəsində ordumuzun gücünü, peşəkarlığını və xalq–ordu birliyini əks etdirən videoçarx nümayiş olunub.

     Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov çıxış edərək bildirib ki, Aprel döyüşləri Azərbaycan tarixində dönüş nöqtəsi olmaqla yanaşı, xalqımızın sarsılmaz iradəsinin, dövlətimizin gücünün və ordumuzun yüksək döyüş qabiliyyətinin bariz nümunəsidir. Həmin döyüşlər zamanı əldə olunan uğurlar Azərbaycan Ordusunun peşəkarlığının, müasir silahlanmasının və döyüş ruhunun göstəricisi kimi bütün dünyaya nümayiş etdirildi.

     RİH başçısı vurğulayıb ki, Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu güclü dövlətçilik siyasəti bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir və məhz bu siyasətin nəticəsi olaraq Azərbaycan ordusu regionun ən güclü hərbi qüvvələrindən birinə çevrilib. Aprel döyüşlərində qazanılan uğurlar 2020-ci ildə Vətən müharibəsində əldə olunan möhtəşəm Zəfərin ideoloji və hərbi əsasını təşkil edib. Şəhidlərin xatirəsinin daim uca tutulduğunu, onların ailələrinin dövlət qayğısı ilə əhatə olunduğunu, bu diqqət və qayğının hər zaman davam etdiriləcəyini bildirib və Allahdan bütün şəhidlərə rəhmət və qazilərə sağlamlıq diləyib.

     Tədbirdə çıxış edən digər natiqlər Aprel döyüşlərinin başvermə səbəbləri, Azərbaycan əsgərinin bu döyüşlər zamanı peşəkarlıq, şücaət, qəhrəmanlıq nümunələri göstərərək düşmənə dağıdıcı və sarsıdıcı zərbələr vurmasından danışıblar.  

     Yığıncaqda iştirak edən şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirərək qeyd ediblər ki, bu münasibət onlar üçün böyük təsəlli və qürur mənbəyidir.

Keçidlər