Ağsu rayonunda 8 Noyabr - Zəfər Günü qeyd olunub
Ağsu rayonunda 8 Noyabr - Zəfər Günü silsilə tədbirlərlə qeyd olunub. Əvvəlcə, Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, Milli Məclisin deputatı Tahir Kərimli, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ağsaqqallar, ziyalılar, şəhid ailələri, Vətən Müharibəsi qaziləri, iştirakçıları, gənclər, ictimayyət nümayəndələri Qəhramanlar Kompleksinə gəlib, əklil və gül dəstələri qoyaraq qəhraman Vətən oğullarının xatirəsini ehtiramla yad ediblər.
RİH başçısı Rövşən Bağırov şəhid ailələri, Vətən Müharibəsi qaziləri, iştirakçıları qarşısında çıxış edərək 2020-ci il sentyabrın 27-də başlanan və Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qısa vaxtda Qələbə ilə başa çatan Vətən müharibəsinin tarixi əhəmiyyətindən danışılıb. Vurğulayıb ki, qədim mədəniyyət mərkəzi olan Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti baxımından xalqımız bu qədim şəhərin azad olunduğu günü, 8 Noyabr- Zəfər Gününü təntənə ilə qeyd edir.
Sonra Şəhidlər Xiyabanı ziyarət olunub. Burada Birinci Qarabağ müharibəsində, habelə 44 gündə tarixi Qələbə ilə başa çatan Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan ağsuluların məzarları ziyarət edilib.
Daha sonra tədbir iştirakçıları Heydər Parkına gələrək Ağsu rayon Mədəniyyət Mərkəzinin yerli musiqiçilərinin ifasında vətənpərvərlik mövzusunda hazırlanmış rəngarəng konsert proqramını dinləyib, gənc idmançıların nümunəvi çıxışlarına, eləcə də rəsm həvəskarlarının tarixi Qələbəmizin sevincini və ağır döyüş səhnələrini əkis etdirən, rəngli boya ilə çəkilən rəsm sərgisinə tamaşa ediblər. Məşğul olduqları sahələr üzrə əldə etdikləri nəaliyyətlərə görə bir qrup idmançı və yaradıcı gənclərə Ağsu Rayon İcra Hakimiyyəti tərəfindən hədiyələr təqdim olunub.
Sonda Zəfər günü münasibətilə möhtəşəm atəşfəşanlıq nümayiş etdirilib.