Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu rayonunda 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü qeyd edilib

05 oktyabr 2023 | 15:45

     Ağsu Rayon Təhsil sektorunda 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə yığıncaq keçirilib. Tədbir iştirakçıları əvvəlcə Heydər Parkında Ümummilli Liderin abidəsini ziyarət edib, önünə çiçəklər düzüblər. Rayon təhsil sektorunun akt zalında təşkil olunan tədbirdə Dövlət Himni səsləndirilib, ölkəmizin azadlığı, torpaqlarımızın bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

     Tədbiri açan Ağsu rayon təhsil sektorunun müdiri Əlmirzə Məmmədov son illər Ağsuda təhsilin inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib, qarşıda duran vəzifələrdən danışıb.  

     Ağsu Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sevil Mirzəliyeva tədbirdə çıxış edərək, təhsil işçilərini Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edib, çətin və şərəfli peşələrində onlara uğurlar arzulayıb. Sevil Mirzəliyeva ölkəmizdə müəllim əməyinə verilən qiymətdən, onlara göstərilən diqqət və qayğıdan danışıb.

     Sonda təhsildə yüksək nəaliyyətlər qazanmış bir qrup müəllimə Fəxri Fərman və hədiyyələr verilib.

Keçidlər