Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu rayonunda 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar yığıncaq keçirilib

02 oktyabr 2025 | 18:26

     Ağsu rayonunda 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə yığıncaq keçirilib. Tədbirdə Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, rayonunun hüquq-mühafizə orqanlarının rəhbərləri və təhsil işçiləri iştirak ediblər. Uşaq-Gənclər Şahmat-İdman məktəbinin akt zalında təşkil olunan tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib.

     Tədbiri giriş nitqi ilə açan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Ağsu Rayon Komitəsinin sədri Sevinc Beybudova çıxış edərək son illər Ağsu rayonunda təhsilin inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib, qarşıda duran vəzifələrdən danışıb.  

     Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov çıxış edərək, təhsil işçilərini Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edib, çətin və şərəfli peşələrində onlara uğurlar arzulayıb. RİH başçısı ölkəmizdə müəllim əməyinə verilən qiymətdən, onlara göstərilən diqqət və qayğıdan danışıb.

     Sonda təhsildə yüksək nəaliyyətlər qazanmış bir qrup müəllimlərə Fəxri Fərman və hədiyyələr verilib.

Keçidlər