Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu rayonunda “31 Dekabr - Dünya azərbaycanlılarının həmrəyliyi günü” və “Yeni il” in gəlişi qeyd edilib

27 dekabr 2024 | 17:36

     27 dekabr 2024-cü il tarixdə Ağsu şəhər Heydər Parkında Ağsu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “31 Dekabr - Dünya azərbaycanlılarının həmrəyliyi günü” və “Yeni il” in gəlişi qeyd edilib.

     Tədbirdə Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, Vətən müharibəsi qaziləri və iştirakçıları, ağsaqqallar, ziyalılar, idarə, müəssisə və təşkilatların kollektivləri, ümumtəhsil məktəblərinin şadirdləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Ağsu şəhərindəki abidəsini ziyarət edərək önünə gül-çiçək dəstələri düzmüş və xatirəsini ehtiramla yad etmişlər.

     Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov tədbir iştirakçılarını salamlayıb, həmçinin “31 Dekabr - Dünya azərbaycanlılarının həmrəyliyi günü” və “Yeni il” bayramı münasibətilə səmimi ürək sözlərini bölüşüb və bu bayramlar münasibətilə rayon ictimaiyyətini təbrik edib.  RİH başçısı bildirib ki, “31 Dekabr - Dünya azərbaycanlılarının həmrəyliyi günü” xalqımızın birlik günüdür. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş milli birlik və həmrəylik ideyasının bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qorunur və uğurla inkişaf etdirilir. 44 günlük Şanli Zəfər tariximizdən bəhs edən RİH başçısı vurğulamışdır ki, Ulu Öndərin siyasi kursuna sadiq qalan, onun vəsiyyətinə əməl edən, Qarabağın xilas missiyasını şərəflə yerinə yetirib xalqı bir yumruq kimi birləşdirən ölkə başçısı cənab İlham Əliyev qoruyub inkişaf etdirdiyi bu həmrəylik sayəsində böyük Qələbə şanlı tarix səhifəmizə yazıldı. Bununla da Azərbaycan xalqının məğrurluğu, yenilməzliyi və gücü bir daha bütün dünyaya sübut olundu.    

     Daha sonra tədbir rayonun mədəniyyət və incəsənət işçilərinin, eləcə də şagird kollektivlərinin hazırladığı rəngarəng konsert proqramı, rayon idmançılarının nümunəvi çıxışları ilə davam etdirilib. Tədbirdə fəal iştiraklarına görə bir qrup məktəblilərə və körpələrə Yeni il hədiyyələri verilib.

Keçidlər