Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu rayonunda 27 Sentyabr – Anım günü qeyd olunub, ağacəkmə aksiyası keçirilib

27 sentyabr 2022 | 16:30

     Ağsu rayonunda Anım Günü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon şöbəsinin rəisi, şəhid ailələri, qazilər, idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

     Tədbirdə Vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, məzarları önünə gül dəstələri düzülüb və ruhlarına dualar oxunub.

     Ağsu rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov çıxış edərək Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsinin hər birimiz üçün əziz olduğu, xalqımızın qəhrəman övladları ilə qürur duyduğu xüsusi vurğulayıb. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində və sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin törətdikləri genişmiqyaslı təxribatın qarşısı alınarkən şanlı tarix yazan oğullarımızın, şəhidlərimizin, qazilərimizin döyüş yolundan söz açıb, onların hər birinin bir qəhrəman olduğunu və bu gün hər kəsin onlarla fəxr etdiyini, qürur duyduğunu bildirib.

     Sonra rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Ağsu-Rəhimli-Qaradağ avtomobil yolunun 1,5-ci kilometrliyinin kənarında Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsinə ehtiram əlaməti olaraq ağacəkmə aksiyası keçirilib.

Keçidlər