Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu rayonunda 23 İyun - Dövlət qulluqçularının peşə bayramı günü qeyd edilib

22 iyun 2024 | 14:35

         Ağsu Rayon İcra Hakimiyyətinin inzibati binasında 23 İyun - Dövlət qulluqçularının peşə bayramı günü münasibətilə yığıncaq keçirilib.

       Öncə tədbir iştirakçıları Ağsu şəhərində Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə tər gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

      RİH-nin akt zalında keçirilən yığıncağı Rayon icra hakimiyyəti başçısının birinci müavini Füzuli Kərimli giriş nitqi ilə açaraq dövlət qulluğunda çalışanları peşə bayramı münasibəti ilə təbrik edib, dövlət quruculuğu sahəsində aparılan islahatların Ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdırıb. Bildirib ki, Ulu öndər Heydər Əliyevin dövlətçilik ənənələri bu gün cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Uğurlu dövlət quruculuğu siyasətinin ardıcıl həyata keçirilməsi nəticəsində respublikamızda dövlət idarəetmə sisteminin, o cümlədən dövlət qulluğunun təkmilləşdirilməsi üçün mühüm işlər görülür, uğurlu islahatlar aparılır.

      Daha sonra rayon icra hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sevil Mirzəliyeva 23 İyun - Dövlət qulluqçularının peşə bayramı gününə həsr olunmuş geniş məruzə ilə çıxış edib.

      Tədbirdə digər çıxış edənlər bildiriblər ki, dövlət qulluqçularının peşə bayramı günün təsis olunması, hər il bu bayram münasibəti ilə dövlət qulluqçularının təltif edilməsi ölkəmizdə dövlət qulluqçularına göstərilən diqqət və qayğının nəticəsidir. 

 

 

Keçidlər