Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu rayonunda "2026-2030-cu illərdə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair iş planı"nın hazırlanmasına həsr olunmuş görüş keçirilib

16 iyul 2026 | 17:14

      Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov RİH-nin akt zalında rayonda fəaliyyət göstərən iri kənd təsərrüfatı müəssisələrinin rəhbərləri ilə "2026-2030-cu illərdə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair iş planı"nın hazırlanmasına həsr olunmuş görüş keçirib.

      Görüşdə Prezident cənab İlham Əliyevin cari il mayın 25-də aqrar sahənin inkişafı ilə bağlı keçirdiyi müşavirədə verdiyi tapşırıqların icrası, həmçinin "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"ndan irəli gələn vəzifələr ətrafında geniş müzakirələr aparılmışdır.

      Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov giriş nitqi ilə çıxış edərək diqqətə çatdırılmışdır ki, aqrar sahənin davamlı inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü dövlət siyasəti kənd təsərrüfatının müasir tələblər əsasında inkişafına, ərzaq təhlükəsizliyinin təminatına, istehsalın və emal sənayesinin genişləndirilməsinə mühüm töhfə verir. RİH-nin başçısı qeyd edib ki, yeni dövlət proqramı kənd təsərrüfatının bütün istiqamətləri üzrə yeni inkişaf mərhələsinin formalaşdırılmasına xidmət edən mühüm strateji sənəddir. Həmin proqramla bağlı rayonda hazırlanacaq 2026-2030-cu illəri əhatə edən iş planı dövlət proqramında müəyyən edilmiş prioritetlərə uyğun formalaşdırılmalı, rayonun mövcud iqtisadi potensialı, təbii-iqlim şəraiti, istehsal imkanları və statistik göstəricilər əsasında konkret hədəfləri özündə əks etdirməlidir. Bildirib ki, hər bir istiqamət üzrə görüləcək tədbirlər təsərrüfat subyektlərinin real imkanları nəzərə alınmaqla planlaşdırılmalı, istehsalın səmərəliliyinin yüksəldilməsi, emal müəssisələrinin inkişafı, innovativ texnologiyaların tətbiqi, ixrac potensialının artırılması və məşğulluğun genişləndirilməsi əsas prioritetlər kimi müəyyən edilməlidir.

    Görüşdə digər çıxış edənlər Dövlət Proqramından irəli gələn tədbirlərin vaxtında və keyfiyyətlə icrasının təmin edilməsi, fəaliyyətin aidiyyəti dövlət qurumları arasında əlaqələndirilməsi, yerli icra strukturlarının məsuliyyətinin artırılması, dövlət-özəl tərəfdaşlığının genişləndirilməsi və sahibkarlıq subyektləri ilə qarşılıqlı əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətini xüsusi vurğulamışlar.

     Həmçinin, rayon üzrə hazırlanacaq iş planında kənd təsərrüfatı məhsullarının istehsalı və emalının artırılması, suvarma infrastrukturunun təkmilləşdirilməsi, torpaq ehtiyatlarından səmərəli istifadə, məhsuldarlığın artırılması, müasir aqrotexniki yanaşmaların tətbiqi, eləcə də balıqçılıq və akvakultura sahələrinin inkişafına dair konkret tədbirlərin öz əksini tapmasının vacibliyi qeyd olunub.

     Müzakirə olunan mövzu ətrafında sahibkar və fermerlərin iştirakı ilə fikir mübadiləsi aparılmış, iş planının hazırlanması və qarşıda duran vəzifələrin icrası ilə bağlı aidiyyəti vəzifəli şəxslərə lazımi göstərişlər, eləcə də sahibkar və fermerlərə müvafiq tövsiyələr verilib.

Keçidlər