Ağsu rayonunda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar ağacəkmə aksiyası keçirilib
03 aprel 2024 | 14:35
Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar aprelin 3-də Ağsu rayonunda ağacəkmə aksiyası keçirilib.
Aksiyada Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, Millət vəkili Tahir Kərimli, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Vətən müharibəsi şəhidlərinin ailələri, qazilər və iştirakçıları, ictimaiyyət nümayəndələri, idarə, təşkilat və müəssisələrinin kollektivləri iştirak ediblər.
Ağsu-Rəhimli-Qaradağ avtomobil yolunun 1,5-ci kilometrliyində keçirilən ağacəkmə aksiyasında 100 sərv, 100 qovaq, 50 göyrüş, 20 tuya, 20 eldar şamı, 50 badam, 500 nar ağacı əkilmişdir. Əkilən hər bir ağac tinginə arqotexniki qulluq göstərilib.