Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu rayonunda 20 Yanvar - Ümumxalq hüzn günü ilə əlaqədar şəhidlərin xatirəsi anılıb

20 yanvar 2024 | 13:34

     Ağsu şəhərindəki Qəhrəmanlıq Kompleksi və Şəhidlər Xiyabanında rayon ictimaiyyətinin nümayəndələri Azərbaycan xalqının azadlıq uğrunda mübarizəsinin şanlı tarixi olan 20 Yanvar faciəsinin 34-cu ildönümünü qeyd ediblər. Mərasimdə Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, Vətən müharibəsi qaziləri və iştirakçıları, ağsaqqallar, ziyalılar, idarə, müəssisə və təşkilatların kollektivləri iştirak ediblər.

     Mərasim iştirakçıları əvvəlcə Qəhrəmanlıq Kompleksini ziyarət ediblər. Sonra  torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş ağsuluların uyuduğu Şəhidlər Xiyabanına gəlib, məzarların üstünə çiçəklər düzüb, xatirələrini ehtiramla yad ediblər. Saat 12:00-da rayonun bütün ərazilərində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, avtomobillərin hərəkəti dayandırılaraq nəqliyyat vasitələrindən səs siqnalları verilib.

     Qeyd edək ki, 1990-cı il 20 Yanvar faciəsinin dağılmaqda olan sovet imperiyasının xalqımızın azadlıq uğrunda dinc mübarizəsinə qarşı yönəldilən bir qəsd olmuşdur. Həmin vaxt Bakıya yeridilən xüsusi hərbi hissələr ağır texnikadan istifadə edərək dinc, əliyalın insanlara qarşı görünməmiş vəhşiliklər törədib, nəticədə yüzlərlə vətəndaş, o cümlədən qocalar, qadınlar, uşaqlar, hətta xidməti vəzifəsini yerinə yetirən tibb işçiləri qətlə yetirilib, yaralanıb. Azərbaycan Televiziyasının enerji blokunun partladılaraq ölkəmizin informasiya blokadasında saxlandığı bir vaxtda xalqımızın qəhrəman oğlu, Ümummilli Lider Heydər Əliyev Moskvada Azərbaycan nümayəndəliyinə gələrək heç bir təhlükədən çəkinmədən bəyanatla çıxış edib, hadisələrə hüquqi-siyasi qiymət verib.

Keçidlər