Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu rayonunda “20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda silsilə tədbirlər keçirilib

18 yanvar 2023 | 16:42

     Ağsu rayonunda “20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında  Ümummilli Lider Heydər Əliyevin  rolu” mövzusunda silsilə tədbirlər keçirilib. Rayonun idarə, müəssisə və təşkilatlarında, təhsil ocaqlarında təşkil olunan tədbirlərdə Ümummilli Lider Heydər Əliyevin, 20 Yanvar qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

     Yığıncaqlarda Azərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 20 Yanvar hadisələrindən danışılıb. Bildirilib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusunun Azərbaycan xalqına qarşı həyata keçirdiyi terror aktına Ümummilli Lider Heydər Əliyev tərəfindən verilmiş hüquqi qiymətin önəmi çox böyükdür. Məhz Ulu Öndərin o zaman bu faciəyə kəskin və açıq etirazı xalqın yaddaşında həkk olunub.

     Tədbirlərdə 20 Yanvar hadisələrindən bəhs edən video-çarxlar və sənədli filmlər nümayiş olunub. 

Keçidlər