Ağsu rayonunda 18 may-18 iyun - “İnsan Hüquqları Aylığı” çərçivəsində dəyirmi masa keçirilib
17 iyun 2023-cü il tarixdə Ağsu rayon İcra Hakimiyyətinin inzibati binasında 18 may-18 iyun - “İnsan Hüquqları Aylığı” çərçivəsində Gender bərabərliyinin təminatları və erkən nikah, onun fəsadları mövzusunda RİH-nin əməkdaşları və rayonun təhsil işçilərinin iştirakı ilə dəyirmi masa keçirilib.
Ağsu RİH başçısı Aparatının məsul işçisi Kənan Tacızadə tədbiri giriş nitqi ilə açaraq erkən nikah və onun fəsadları barəsində fikirlərini tədbir iştirakçıları ilə bölüşüb. Digər çıxış edənlər ümumilikdə İnsan Hüquq və Azadlıqlarının müdafiəsində səmərəliliyin artırılması, cəmiyyətdə hüquq mədəniyyətinin inkişaf etdirilməsinin vacibliyini və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsinin dövlətin ali məqsədi olduğunu qeyd etmişlər.