Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu rayonunda 17 iyun - Tibb İşçilərinin Peşə Bayramı Günü təntənəli surətdə qeyd olunub

17 iyun 2022 | 16:48

     “Ağsu Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin iclas zalında keçirilən yığıncaqda Ağsu Rayon İcra Hakimiyyətinin başçısı cənab Rövşən Bağırov tibb işçilərini peşə bayramı günü münasibətilə təbrik edərək son illər Azərbaycanda səhiyyənin maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir tibbi texnologiyaların tətbiqi, kadr hazırlığı sahəsində görülən işlər və qazanılan uğurlar barədə danışıb. Ölkəmizdə səhiyyənin inkişafından, Prezident cənab İlham Əliyevin diqqət və qayğısından bəhs edən icra başçısı koronavirusla mübarizədə əldə olunan uğurların və infeksiyanın yayılmasının qarşısının müvəffəqiyyətlə alınmasının məhz bu diqqətin, bu qayğının nəticəsi olduğunu söyləyib. Qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə xəstəxananın həkimi Şirinov İsmayıl Əlibrahim oğlu “Tərəqqi” medalı ilə təltif olunmuşdur.

     Təntənəli yığıncaqda bir qrup qabaqcıl tibb işçisinə göstərdikləri xidmətə görə və Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə Ağsu Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı verilib.

Keçidlər