Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu rayonunda 15 sentyabr - Bilik Günü qeyd edilib

16 sentyabr 2023 | 12:47

     Sentyabrın 15-də  Ağsu rayonunun ümumtəhsil məktəblərində 15 sentyabr - Bilik Günü qeyd edilib. Tədbirlərdə Ağsu Rayon İcra Hakimiyyətinin, Ağsu rayon Təhsil sektorunun nümayəndələri, valideynlər, məktəblərin müəllim və şagird kollektivləri iştirak ediblər.

     Ağsu şəhər 3 saylı tam orta məktəbdə “Bilik Günü” münasibəti ilə keçirilən yığıncaqda Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov iştirak edib.

     Tədbirdə çıxış edən RİH başçısı Rövşən Bağırov əlamətdar gün münasibəti ilə müəllim və şagirdləri təbrik edib, bu il ilk dəfə məktəbə qədəm qoyan birincilərə təhsillərində uğurlar arzulayaraq ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən təhsilə və təhsil işçilərinə olduqca böyük diqqət və qayğı göstərildiyini, hər il yeni-yeni məktəblərin tikildiyini, təhsil müəsissələrinin maddi-texniki bazasının gücləndiyini qeyd edib.  

     Yığıncaqda çıxış edən müəllim və valideynlər Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu milli təhsil strategiyasının bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, respublikamızda, eləcə də Ağsuda təhsilin inkişafına göstərdiyi diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər. Çıxışlarda 2022-2023-cü tədris ilində Ağsu rayonu üzrə ümumilikdə 161 nəfər məzun ali təhsil müəssisələrinə qəbul olunduğu, onlardan 12 nəfər 500-dən, 3 nəfər isə 600-dən yüksək bal topladığı vurğulanıb.

Keçidlər