Ağsu rayonunda 12 avqust - Beynəlxalq gənclər günü münasibəti ilə “Gənclər bizim gələcəyimizdir” mövzusunda yığıncaq keçirilib
09 avqust 2024-cü il tarixdə Ağsu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə YAP Ağsu rayon təşkilatının inzibati binasında 12 avqust - Beynəlxalq gənclər günü münasibəti ilə “Gənclər bizim gələcəyimizdir” mövzusunda yığıncaq keçirilib. Tədbirdə Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, rayon gəncləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Yığıncaqda Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov çıxış edərək gəncləri 12 avqust - Beynəlxalq gənclər günü münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar diləyib. RİH başçısı qeyd edib ki, gənclik böyük qüvvədir və müstəqilliyimizin qorunub saxlanılmasının, gələcəyimizin qarantıdır. Ölkəmizdə gəncliyin inkişafı, gənclərin dünya birliyinə inteqrasiyası və bu istiqamətdə əhəmiyyətli tədbirlərin keçirilməsi dövlət siyasətinin prioritetlərindəndir. Bildirib ki, Ümummilli Lider Heydər Əliyev hər bir sahəyə qayğı ilə yanaşdığı kimi, gənclərin gələcəyi naminə onlara xüsusi diqqət göstərib. Ulu Öndər hesab edirdi ki, Azərbaycanın parlaq gələcəyi yalnız savadlı, bilikli, intellektual səviyyəsi yüksək olan gənclərdən asılıdır. Bu gün ölkəmizdə bütün yönlərdə – hərbi, təhsil, siyasi, iqtisadi və digər sahələrdə təmsil olunan gənclərin, onların qazandığı uğurların, nailiyyətlərin hamısı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətinin düzgünlüyünü bu sahədə qazanılmış uğurlu nəticələr də təsdiqləyir.
Digər çıxış edənlər Azərbaycanda həyata keçirilən uğurlu gənclər siyasətindən bəhs ediblər. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasətinin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıblar.