Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu rayonunda 1 Oktyabr - Prokurorluq işçilərinin peşə bayramı günü qeyd edilib

01 oktyabr 2024 | 17:23

     Tədbirdə Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, RİH-nin əməkdaşları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.

     Öncə tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin Ağsu şəhərinin mərkəzində yerləşən abidəsini ziyarət edərək önünə gül-çiçək dəstələri düzmüşlər.

     RİH başçısı Rövşən Bağırov öncə Baş prokuror Kamran Əliyev olmaqla bütün prokurorluq orqanları əməkdaşlarını peşə bayramı münasibəti ilə təbrik edərək xoş arzularını çatdırıb.

     Ağsu rayon prokuroru Elnur Cəfərov isə çıxışında ölkə başçısının prokurorluq orqanlarına və işçilərinə göstərdiyi qayğısı haqqında geniş və ətraflı məlumat verib.

Keçidlər