Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu rayonunda 1 İyun - Uşaqları Beynəlxalq Müdafiə Günü ilə bağlı tədbir keçirilib

01 iyun 2022 | 16:01

     Ağsu rayonunda 1 İyun - Uşaqları Beynəlxalq Müdafiə Günü ilə bağlı “Şəlalə” şadlıq sarayında 120 nəfər uşağın iştirakı ilə tədbir keçirilib.

    Ağsu Rayon İcra Hakimiyyətinin rayon Təhsil İşçiləri Həmkarlar təşkilatının  birgə təşkil etdiyi tədbirdə əvvəlcə Ulu öndər Heydər Əliyevin uşaqlarla bağlı fikirləri səsləndirilib. Sonra çıxış edən Ağsu Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Mirzəliyeva bildirib ki, ölkəmizdə uşaqlara diqqət və qayğının dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilməsi Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderimiz ölkəmizə rəhbərliyinin bütün dövrlərində uşaqların təhsilinə, dünyagörüşlərinin zənginləşdirilməsinə və sağlamlıqlarının qorunmasına xüsusi diqqət yetirib. Ulu Öndərin rəhbərliyi ilə uşaq hüquqları sahəsində qanunvericilik bazası yaradılıb, ölkəmiz uşaqlarla bağlı beynəlxalq konvensiyalara qoşulub. Hazırda dövlət uşaq siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Daha sonra uşaqlara Beynəlxalq Müdafiə Gününün yaranması tarixindən, tədbirin əhəmiyyətindən bəhs edib, Ağsu rayonunda uşaqlara göstərilən hərtərəfli diqqət və qayğıdan danışıb. Bildirib ki, rayonda uşaqların təlim-tərbiyəsi, təhsili, istedadlarının üzə çıxarılması, intellektual və mənəvi inkişafı, asudə vaxtlarının səmərəli təşkili diqqət mərkəzində saxlanılır. Bu gün cəmiyyətin ictimai-mədəni həyatında uşaqların yaxından iştirakı, onların sağlamlığının qorunması, fiziki inkişafının təmin olunması istiqamətində bir sıra işlər görülür. Sevil Mirzəliyeva əlamətdar gün münasibəti ilə uşaqları təbrik edib.

     Çıxış edənlər respublikamızda uşaqlara göstərilən diqqət və qayğıya görə ölkə prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Sonra tədbir bədii hissə ilə davam etdirilib.

Keçidlər